"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) "Tesla"nın təxminən 20 min avtomobilin geri çağırılmasından yayınmaq üçün etdiyi müraciəti təmin etməyib. Day.Az Trend-ə istinadən bildirir ki, məlumata əsasən, qərarın səbəbi bəzi avtomobillərin faralarının işıq intensivliyinin icazə verilən həddi aşması ehtimalıdır.