"WhatsApp"-da YENİLİK: Onlayn olanlar yaşıl nöqtə ilə
"WhatsApp" messenceri istifadəçilərin tətbiqdə aktiv olub-olmadığını daha rahat müəyyən etməsi üçün yeni göstərici üzərində işləyir. Day.Az xəbər verir ki, məlumata görə, platforma hazırda onlayn istifadəçiləri profil şəklinin üzərində görünən kiçik yaşıl işarə vasitəsilə göstərən funksiyanı beta mərhələsində sınaqdan keçirir.