“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq
WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq.