Bu işçilərə WhatsApp qadağan edilir
Avropa ölkələrində hökumətlər dövlət qulluqçularının ABŞ mənşəli mesajlaşma tətbiqlərindən istifadəsini məhdudlaşdırmağa başlayıb. Day.Az "Politico"-ya istinadən xəbər verir ki, Fransa, Almaniya, Polşa, Niderland, Lüksemburq və Belçika nəzarət edə bilmədikləri platformalardan imtina etməyə yönəlib.