Elnur Səmədov WBA versiyası üzrə müvəqqəti dünya çempionu oldu
Azərbaycanlı Elnur Səmədov ikinci yarımyüngül çəkidə WBA versiyası üzrə müvəqqəti dünya çempionu titulunu qazanıb. İdman.Biz xəbər verir ki, titul döyüşü Çelyabinskdə "RCC Boxing Promotions" boks gecəsi çərçivəsində baş tutub. Səmədovun rəqibi kolumbiyalı Con Lenon Qutyerres olub.