80 yaşlı motosiklet sürücüsü yük maşınının altında öldü
Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 80 yaşlı Mehmet Ali İnanın idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış yük maşınına arxadan çırpılıb. Hadisə şahidləri dərhal polis və təcili tibbi yardım briqadasına məlumat veriblər.