Azərbaycanda 80 manatlıq təqaüd alan veteranların sayı açıqlandı
Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub. Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır. Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir.