Navaxo Stirlinq UFC turnirində keçmiş çempion İrji Proxazkanı nokauta salıb
Yeni zelandiyalı döyüşçü Navaxo Stirlinq "UFC Fight Night 294" turnirinin əsas qarşılaşmasında çexiyalı keçmiş çempion İrji Proxazkanı məğlub edib. AZƏRTAC xəbər verir ki, Dohada keçirilən döyüş ikinci raundda Stirlinqin nokautu ilə başa çatıb. 34 yaşlı Proxazkanın qarışıq döyüş növlərində 32 qələbəsi, 7 məğlubiyyəti və 1 heç-heçəsi var.