İslam Maxaçev UFC tarixində ən uzun qələbə seriyası üzrə rekord müəyyənləşdirə bilər
Avqustun 15-də Filadelfiyada keçiriləcək "UFC 330" turnirinin əsas döyüşündə yarımorta çəki dərəcəsində hazırkı çempion İslam Maxaçev İen Maçado Qerri ilə qarşılaşacaq. AZƏRTAC xəbər verir ki, dağıstanlı döyüşçü rəqibini məğlub edəcəyi təqdirdə UFC tarixində ən uzun qələbə seriyası üzrə yeni rekord müəyyənləşdirəcək.