EA Sports UFC 6-nın ilk gameplay videosu təqdim olundu
Electronic Arts məşhur MMA simulyatorunun yeni hissəsi — EA Sports UFC 6 üçün ilk gameplay treylerini yayımlayıb. Video oyunun əsas yeniliklərini və rejimlərini nümayiş etdirir.
Treylerdə yalnız döyüş səhnələri deyil, həm də Hall of Legends və The Legacy rejimlərindən fraqmentlər yer alıb. Birincisi MMA əfsanələrinin formalaşma hekayələrini təqdim edir, ikincisi isə oyunçunun yaratdığı personajın inkişafına fokuslanır. Hər iki rejimdə rinqdən kənar səhnələr də göstəriləcək.
Tərtibatçıların sözlərinə görə, bu dəfə döyüş mexanikası daha da realist olub. Markerless Capture, Sapien və Real-Time Contact texnologiyaları sayəsində hər zərbə fərqli hiss olunur və daha dəqiq idarə olunur.
Oyunun standart versiyasının üz qabığında Alex Pereira yer alacaq. Ultimate Edition-un əsas siması isə Max Holloway olacaq.
EA Sports UFC 6 19 iyun tarixində PlayStation 5 və Xbox Series konsolları üçün satışa çıxacaq. PC versiyası hələ rəsmi elan olunmayıb, lakin mediaya görə o da hazırlanır.
The post EA Sports UFC 6-nın ilk gameplay videosu təqdim olundu appeared first on InfoCity.