Bakıda UFC Fight Night turniri keçiriləcək
UFC (Ultimate Fighting Championship), dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC Fight Night tədbirlərinin keçirilməsi planlaşdırılır.