“Uber” 3300 nəfəri işdən çıxaracaq
"Uber Technologies" şirkəti restrukturizasiya çərçivəsində qlobal işçi qüvvəsinin təxminən 10 faizini təşkil edən 3300 nəfəri işdən çıxarır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkətin baş icraçı direktor Dara Xosrovşahi işdən çıxarılmaları və restrukturizasiyanı elektron poçt vasitəsilə elan edib.