Moldovada 30 günlük həyəcan rejimi elan edilib
Moldova hökuməti ölkədə yanacaq çatışmazlığı səbəbindən energetika sektorunda 30 günlük həyəcan rejimi elan edib. Qərar hökumətin iclasında qəbul edilib. "Respublika üzrə Energetika sektorunda 30 günlük həyəcan rejiminin elan edilməsini təklif edirəm", - deyə ölkənin Baş naziri Vasile Tofan Nazirlər Kabinetinin xüsusi iclasında bildirib.