Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Day.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.