Bu ərazilərdə saat 12:30-da işıq
Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsininn (EŞ) ərazisində 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işi aparılacaq.