30 milyonluq Mexiko şəhərinin meri Bakıda WUF13-də iştirak edəcək
30 milyon əhaliyə malik Mexiko şəhərinin meri Klara Bruqada mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, Mexiko meri həftəsonuna yaxın Azərbaycana səfər etməyi planlaşdırır. Onun səfəri mayın 19-dək davam edəcək.