30 dəqiqəlik gəzinti əhval-ruhiyyəni xeyli yaxşılaşdırır
Yeni araşdırmalara əsasən, gündə 30 dəqiqə sürətli gəzinti stressi azaldır və əhval-ruhiyyəni əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Alimlər bildirirlər ki, bu cür aktivlik beynin emosional reaksiyalarını gücləndirir. Day.Az xəbər verir ki, tədqiqat nəticələrinə görə, açıq havada gəzinti stressi təxminən 30%, yorğunluğu isə 21% azalda bilər.