Rusiyada "Telegram" blokadası alternativ tətbiqləri önə çıxardı
Rusiyada Telegram-ın bloklanması fonunda Asiya mənşəli mesajlaşma tətbiqlərinə maraq kəskin artıb. Day.Az-ın MTS AdTech-ə istinadən yaydığı məlumatına görə, mart ayında BiP istifadəçilərinin sayı 105% artaraq 1,68 milyona, KakaoTalk 82% artaraq 436 minə, WeChat isə 15% artaraq 1,15 milyona çatıb.