Avtomobil saxlamaq üçün 100 min manat?
Bakıda qarajlar artıq yalnız avtomobil saxlamaq üçün deyil, həm də ciddi investisiya tələb edən daşınmaz əmlak növünə çevrilib. Day.Az xəbər verir ki, paytaxtın bəzi ərazilərində bir avtodayanacaq yerinin qiyməti 20 min manatdan başlayaraq 90-100 min manatadək yüksəlir.