Qızıl axtarırdı, 100 min avroluq külçə tapdı
Avstraliyada bir kişi metal detektoru ilə qızıl axtararkən çəkisi 1,2 kiloqramdan çox olan qızıl külçəsi aşkar edib. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bild" nəşri yazır. Tapıntı oktyabrın ortalarında Yeni Cənubi Uels ştatında, Tibooburra qəsəbəsi yaxınlığındakı Mount Stuart fermasının ərazisində aşkarlanıb.