Qarabağda 100 minə yaxın insan yaşayır
Ötən altı il ərzində 40 mindən çox keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Day.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, indiyədək 45-dən çox yaşayış məntəqəsi yenidən qurulub və bərpa edilib.