Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq
Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. Day.Az xəbər verir ki, ADY-dən verilən məlumata görə, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.