"Real"ın 100 milyon avroluq təklifi rədd edildi
"Real" "Leyptsiq"də çıxış edən Yan Diomandeni transfer etmək istəyir. Day.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. La Liqa nəhəngi Fil Dişi Sahili millisinin üzvü üçün 90+10 milyon avroluq təklif göndərib. Almaniya klubu bu təklifi rədd edib. Onlar 19 yaşlı vinger üçün daha çox pul tələb edirlər.