Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gündən yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını tədavülə buraxır. Day.Az xəbər verir ki, yeni 100 manatlıq banknotun dizaynı və mühafizə sistemi mövcud konsepsiya saxlanılmaqla, ən son texnologiyalar və innovativ həllər tətbiq edilməklə yenilənib.