"Hyundai" ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır
Cənubi Koreyalı avtomobil istehsalçısı "Hyundai Motor" cihaz paneli displeyindəki problemlər səbəbindən ABŞ-da 96.300 avtomobili geri çağırır. Bu barədə Amerika Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama verib.