Azərbaycanda yağıntının miqdarı 100 ilin rekordunu yenilədi
Son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir. Day.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.