Azərbaycanda fiber genişzolaqlı internetə çıxış 100 faizə yüksəlib
Son beş il ərzində Azərbaycan "Onlayn Azərbaycan" layihəsi vasitəsilə əlamətdar rəqəmsal transformasiyaya nail olub. Trend xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.