“Starlink” peyklərinin sayı 11,1 mini keçib
ABŞ-nin "SpaceX" şirkətinin "Starlink" layihəsi çərçivəsində Yer orbitində fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb. Bu barədə "SpaceX"in məlumatlarında bildirilir. Qeyd olunur ki, ötən bazar günü növbəti peyk qrupunun orbitə buraxılmasından sonra "Starlink"in aktiv peyklərinin ümumi sayı 11 133-ə çatıb.