40 yaşdan sonra dişlər niyə əyilir?
Həkim Raul Mora bildirib ki, dişlərin mövqeyi yaş artdıqca dəyişə bilər. 40 yaşdan sonra qonşu dişlərin təmas səthləri aşınır və dişlər tədricən bir-birinə doğru hərəkət edir. Bu dəyişiklik xüsusilə alt çənənin ön dişlərində daha çox müşahidə olunur.