4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.