Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.