40 kiloqramdan çox narkotik vasitə
Sentyabrın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.