Qohumunun evindən 40 min manatdan çox pul oğurladı
Hacıqabulda evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar. Bu barədə Day.Az-а Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.