Filippində tikilməkdə olan bina uçub, dağıntılar altında 40-a qədər insan qalıb
Filippinin Anceles şəhərində tikilməkdə olan onmərtəbəli binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb. Day.Az-ın məlumatına görə, bu barədə "GMA News" televiziya kanalı xəbər verib. Yerli hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatı barədə məlumat verib. Hadisə yerindən təxminən 10 nəfər qaça bilib.