Sony geymerlərə 7,8 milyon dollar kompensasiya ödəyəcək
Sony ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi nəhayət ki, həll mərhələsinə çatıb. 2021-ci ildə geymerlər şirkətə qarşı kollektiv iddia qaldırmışdılar — səbəb isə PlayStation oyunlarının rəqəmsal versiyalarının yalnız PlayStation Store üzərindən satılması idi.
ABŞ-ın Kaliforniya ştatının Şimal dairə məhkəməsi şirkətin ötən yay təklif etdiyi razılaşmanı ilkin olaraq təsdiqləyib. Razılaşmaya əsasən, Sony ümumilikdə 7,8 milyon dollar kompensasiya ödəyəcək. Lakin bu ödəniş bütün istifadəçilərə deyil, yalnız 1 aprel 2019-cu ildən 31 dekabr 2023-cü ilə qədər ABŞ ərazisində müəyyən oyunları PS Store vasitəsilə alan müştərilərə şamil olunacaq.
Kompensasiya istifadəçilərin virtual balansına köçürüləcək. Qeyd edək ki, iddiaçılar əvvəlcə Sony-dən 7,9 milyard dollar tələb edirdilər — yəni nəticə gözləntilərdən xeyli aşağıdır.
Məhkəmə iş üzrə yekun qərarı 15 oktyabr 2026-cı ildə açıqlayacaq.
The post Sony geymerlərə 7,8 milyon dollar kompensasiya ödəyəcək appeared first on InfoCity.