Gəncədə 60 yaşlı qadın bıçaqlandı
Gəncədə qadın bıçaqlanıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1966-cı il təvəllüdlü şəhər sakini Xoşqədəm Məmmədli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.