Böyük Britaniyada 60 minə yaxın ev işıqsız qalıb
Böyük Britaniyada "Goretti" qasırğası ilə əlaqədar minlərlə insan ciddi çətinliklərlə üzləşib. Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, Midlend bölgəsində, ölkənin cənub-qərbində və Uelsdə təxminən 60 min ev elektrik enerjisiz qalıb. Güclü qar və külək səbəbindən 250-dən çox məktəb bağlanıb.