70 yaşlı kişi ağacdan yıxılaraq öldü
Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Day.Az xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.