Qaradağda əməliyyat: 70 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Day.Az-а Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.