Samsung Çində məişət texnikası və TV satışını dayandırır
Samsung rəsmi olaraq Çində məişət texnikası, televizorlar və monitorların satışını dayandırdığını açıqlayıb. Müvafiq bildiriş şirkətin Çin versiyalı saytında dərc olunub.
Şirkət bu qərarı bazar şəraitinin dəyişməsi ilə izah edir. Yerli istehsalçılar — o cümlədən Xiaomi və TCL ilə artan rəqabət fonunda Samsung daxili bazarda satışları dayandırmağa qərar verib.
Bununla belə, şirkət Çindən tam çıxmır. Samsung bildirib ki, artıq satılmış cihazlara yerli istehlakçı hüquqları qanunvericiliyinə uyğun olaraq xidmət göstərməyə davam edəcək. Həmçinin, daha əvvəl yayılan məlumatlara görə, ixrac üçün nəzərdə tutulan istehsal gücləri saxlanılacaq və fəaliyyətini davam etdirəcək.
Beləliklə, söhbət bazardan tam çıxışdan yox, yalnız ölkə daxilində pərakəndə satışların dayandırılmasından gedir. Görünür, sərt qiymət rəqabəti fonunda Samsung diqqətini daha çox xarici bazarlara yönəltməyi üstün tutur.
The post Samsung Çində məişət texnikası və TV satışını dayandırır appeared first on InfoCity.