Samsung ağıllı ev üçün yeni AI cihazı Project Luna-nı göstərdi
Samsung Milan Dizayn Həftəsi çərçivəsində qeyri-adi konsept cihazını — Project Luna modelini nümayiş etdirib. Bu qurğu klassik “ağıllı displey” anlayışını dəyişir və futuristik dizaynla diqqət çəkir.
Project Luna dairəvi ekran, daxili dinamik və mikrofonlarla təchiz olunub. Qurğu istifadəçinin səsinə reaksiya verir və sanki “canlı obyekt” kimi ona tərəf dönür. Ekranda musiqi albomlarının üz qabıqları, axtarış nəticələri və müxtəlif məlumatlar göstərilir.
Samsung-un ideyasına görə, bu cihaz sadəcə displey deyil, tam hüquqlu AI-kompanyon rolunu oynayacaq. O, görüntünü evdəki digər ağıllı cihazlara — televizora, soyuducuya və ya smartfona ötürə biləcək və vahid ekosistem yaradacaq.
Hələlik Project Luna konsept mərhələsindədir. Yəni texniki xüsusiyyətlər, qiymət və satış tarixi barədə rəsmi məlumat yoxdur.
The post Samsung ağıllı ev üçün yeni AI cihazı Project Luna-nı göstərdi appeared first on InfoCity.