50 yaşlı kişi hündürlükdən yıxılaraq öldü
Şəmkirdə bədbəxt hadisə baş verib. Day.Az xəbər verir ki, rayon sakini 1976-cı il təvəllüdlü S.Rüstəmov yaşadığı evin həyətində 4 metr hündürlüfdə olan su çəninin üstündən yerə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.