Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.