Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır. Day.Az Mərkəzi Banka istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.