NASA-dan mühüm Kəşf: Marsda həyatın kimyəvi izləri tapıldı
NASA-nın Curiosity rover aparatı Mars səthində 20-dən çox üzvi molekul aşkar edib. Day.Az xəbər verir ki, bu, başqa bir planetdə ilk dəfə bu cür geniş kimyəvi analiz nəticəsində əldə olunan mühüm elmi tapıntı kimi qiymətləndirilir. Alimlərin bildirdiyinə görə, aşkarlanan maddələr birbaşa həyatın mövcudluğunu sübut etmir.