NASA Aya göndəriləcək pilotlu kosmik gəminin hazırlığının ilk mərhələsini yekunlaşdırıb
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) "Artemida" proqramı çərçivəsində ilk pilotlu Ay missiyası üçün Orion kosmik gəmisi və onu daşıyan SLS ağır raket-daşıyıcısının hazırlıq işlərini tamamlayıb. Day.Az xəbər verir ki, bu barədə agentlik "X" səhifəsində məlumat yayıb.