"Facebook"a sahib olan "Meta" işçilərinin kütləvi ixtisarını planlaşdırır
Amerikanın texnologiya korporasiyası "Meta" süni intellektin (Sİ) tətbiqi ilə əlaqədar işçi heyətinin 20 faizdən çoxunu ixtisar edə bilər. Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir
KİV yazır ki, korporasiya biznesini Sİ texnologiyalarına uyğunlaşdırmaq çərçivəsində genişmiqyaslı ixtisarlara hazırlaşır.