ABŞ-də "Johnson & Johnson" şirkəti 65,5 milyon dollar məbləğində təzminat ödəyəcək
ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi "Johnson & Johnson" şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65,5 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar verib. Day.Az-ın məlumatına görə, iddiaçı bildirib ki, şirkətin istehsal etdiyi talkəsaslı uşaq pudrasından istifadə onun mezotelioma xəstəliyinə yol açıb.