Hyundai 69 060 avtomobilini GERİ ÇAĞIRIR
Cənubi Koreyanın "Hyundai Motor" şirkəti ABŞ və Kanadada 69 060 ədəd üçcərgəli SUV avtomobilini geri çağırır. Day.Az Trend-ə istinadən bildirir ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə aşkarlanan nasazlıqdır.