"Google" 32 milyon ağcaqanadı təbiətə buraxacaq
"Google" korporasiyası genişmiqyaslı ekoloji layihə həyata keçirməyi planlaşdırır. Belə ki, "Debug" təşəbbüsü çərçivəsində şirkət Kaliforniya və Florida ştatlarında xüsusi şəkildə yetişdirilmiş 32 milyon ağcaqanadın təbiətə buraxılmasını planlaşdırır. Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.